Martın 18-də Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor “Ay qadası” adlı konsert proqramını təqdim edəcək.
Proqramda sevilən və dillər əzbəri olan xalq mahnılarımız səslənəcək.
Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.
Tədbirin aparıcısı Saleh Bağırov olacaq.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.
Qeyd edək ki, bu il Cahangir Cahangirov adına Xorun 90 illik yubileyidir. 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan xor uzun illər Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivi kimi fəaliyyət göstərib. 2023-cü ildə Beynəlxalq Muğam Mərkəzinin tabeliyinə verilib. İl ərzində konsertlər yubileyə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq.





















