Bülbülün Memorial Muzeyində (Bakı) Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam şəhər Qurban Pirimov adına 2 saylı uşaq musiqi məktəbinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Zərif ruhun klassik melodiyası" adlı tədbir keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Tədbirdə klassik musiqinin korifey bəstəkarlarından Yohann Sebastian Bax (1685–1750), Yozef Haydn (1732–1809), Lüdviq van Bethoven (1770–1827) və Volfqanq Amadey Motsartın (1756–1791) əsərləri səsləndirilib.
























