Şəki Dövlət Dram Teatrında yazıçı-dramaturq Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında əsasında hazırlanan “Gəlinlər” tamaşasına ictimai baxış olub.
Tamaşa 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsi və Şəki Dövlət Dram Teatrının birgə layihəsi olaraq təqdim edilib.
Qayınana-gəlin problemindən bəhs edən komediyada üç gəlini tərəfindən qəbul olunmayan Şərəf xanım bir fənd işlədir və gəlinlərin hamısının ona münasibəti dəyişir.
Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, bəstəkarı Xatirə Orucova, xoreoqrafı Elvin Nuridir.
Rolları Lalə Məmməd (Şərəf), Nərmin Abbasova (Xavər), Fərahim Fətəliyev (Fikrət), Sənubər İsrafilova (Əsmər), İlkin Rüstəmov (Nahid), Arzu Mustafayeva (Dilbər) və Rəsul Məmmədrəhimov (Akif) oynayıblar.
Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, sözügedən əsər bu günlərdə Sumqayıt Dövlət Dram Teatrında da “Gəlinlərin savaşı” adı ilə səhnələşdirilib.






















