Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təqdim olunub.

Konsertdə Mustafa Aşurovun dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də müxtəlif xalqların rəqs melodiyaları səsləndirilib.

Gecədə Əməkdar artist Gülüstan Əliyeva, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlana Abdullayeva, beynəlxalq və respublika müsabiqələri laureatı Aysu Sadıqova və digər ifaçılar çıxış ediblər.

Konsert proqramı alqışlarla qarşılanıb.