Görkəmli ədəbiyyatşünas və tənqidçi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin (1936-2002) 90 illik yubileyi münasibətilə monoqrafiya çapdan çıxıb.

Alimin yetirməsi, AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin müəllifi olduğu kitab “Yaşar Qarayev: toxunulacaq qədər yaxından” adlanır.

Monoqrafiyada pro­fes­sor Y.Qa­ra­ye­vin şəx­siy­yə­ti və ya­ra­dı­cı­lı­ğı yal­nız mil­li ədəbiyyat­şü­nas­lıq çər­çi­və­sin­də de­yil, XX əsr ümum­türk hu­ma­ni­tar-ic­ti­mai el­mi dü­şün­cə­si kon­teks­tin­də də­yər­lən­di­ri­lir. Bu­ra­da ali­min ya­ra­dı­cı­lı­ğı­nın mər­hə­lə­lə­ri sis­tem­ləş­di­ril­ib, ana­li­tik-fi­lo­lo­ji baş­lan­ğıc­dan fəl­sə­fi-kul­tu­ro­lo­ji kon­sep­tu­al­laş­ma­ya qə­dər uza­nan in­ki­şaf xət­ti gös­tə­ril­ib. Y.Qarayevin “Ta­rix: ya­xın­dan və uzaq­dan” əsə­ri isə mil­li yad­daş kon­sep­si­ya­sı­nın ye­kun ifa­də­si ki­mi qiymətləndirilib. 

Nəşrdə rə­qəm­sal in­for­ma­si­ya mü­hi­tin­də ali­min ir­si­nin gənc nə­sil üçün id­ra­ki müs­tə­qil­lik və mə­nə­vi bü­töv­lük mo­de­li ol­du­ğu əsas­lan­dı­rılıb. Ki­tab­da Y.Qa­ra­yev­lə bağ­lı xa­ti­rə­lər də ək­si­ni tapıb.