Martın 1-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Yazıçının yaradıcılıq irsinə həsr olunmuş və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunan tamaşanın nümayişində Fondun vitse-prezifenti Leyla Əliyeva da iştirak edib.

Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəylidir. Səs dizaynı Konstantin Soldatov və Platon Soldatova aiddir.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Süleymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.

Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

Qeyd edək ki, “Neft bumu hamıya gülümsəyir” festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir. Eyniadlı tamaşanın premyerası yanvarın 30-da olub.