Milli Kitabxana XX əsr Azərbaycan nəsrinin inkişafında, ədəbi dilimizin zənginləşməsində mühüm töhfələri olan Xalq yazıçısı Əli Vəliyevin (1901–1983) anadan olmasının 125 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, sərgilərdə yazıçının əsərləri, eləcə də həyatı və yaradıcılığı haqqında kitablar, dövri mətbuat materialları, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eli_Veliyev/index.htm linkindən istifadə edə bilərlər.