Bülbülün Memorial Muzeyi (Bakı şəhəri) AYTAM Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AYTAM Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, birliyin üzvləri, Nəriman Nərimanov adına 45 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri çıxış ediblər.
Vətəni və doğma torpağı tərənnüm edən, şəhidlərin xatirəsinə ithaf edilən şeirlər səslənib.






















