Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Bir gecənin yaddaşı” adlı ədəbi-bədii tədbir keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

Tədbir İstiqlal Muzeyi və Bakı şəhəri 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərkəzin “Bədii qiraət” dərnəyinin üzvləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya, rəqs nömrələri və səhnəciklər təqdim ediblər.

Sonra qonaqlar muzeydə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar.