Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Salyan Tarix-Diyarşünaslıq Muzeyi gəncləri “Taxtada şəhərin naxışları” adlı ustad dərsinə dəvət edib.

RMİ-dən verilən məlumata görə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan dərsi oymaçı rəssam Raif İbrahimov keçib.

Məqsəd gənclərdə yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, estetik zövq formalaşdırmaq və milli-mədəni irsimizə marağı artırmaqdır.

Ustad dərsi zamanı iştirakçılara oyma sənəti haqqında məlumat verilib, milli memarlıq ornamentlərinin hazırlanma üsulları öyrədilib.

Sonda Rauf İbrahimov tərəfindən gildən hazırlanan Xudafərin körpüsü maketi muzeyə hədiyyə edilib.

 

Nurəddin