Şuşa Dövlət Musiqili Dram Teatrında fransız dramaturqu Rober Tomanın (Rober Tomа́  fransızca tam adı: Robert Albert Louis Thomas; 1927–1989) "Tələ” əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub.

Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı isə Kənan Məmmədovdur.

Rolları Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Türkay Cəfərli, Orxan Abışov, Gülarə Məmmədova və Gündüz Qasımov canlandırıblar.

Detektiv janrda əsərin süjet xəttində həyat yoldaşını qətlə yetirən Danielin düşdüyü vəziyyətdən bəhs olunur. Hadisələrin gedişində gerçəkliklə yalanın sərhədləri qarışır, dramatik və komik situasiyalar paralel şəkildə inkişaf edir.

Tamaşaçını finala qədər gərginlikdə saxlayan səhnə əsəri alqışlarla qarşılanıb.