Dekabrın 6-da Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına uşaq incəsənət məktəbində “Sənətkardan incilər” layihəsi çərçivəsində tədbir keçirilib.

Bu barədə regional idarədən məlumat verilib.

Tədbirin qonağı Əməkdar artist, nəfəs alətləri ifaçısı, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Şirzad Fətəliyev olub.

Ustad sənətkar şagirdlərin ifalarını dinləyib, onlarla birgə musiqi nömrələri ifa edib, həmçinin peşəkar fikir və tövsiyələrini bölüşüb.