Respublika Uşaq Kitabxanası mütəmadi olaraq uşaq ədəbiyyatının nümayəndələri ilə görüşlər təşkil edir.

Fevralın 18-də kitabxanada tanınmış yazıçı Solmaz Amanova ilə “İdrak” liseyi şagirdlərinin görüşü keçirilib.

Yazıçı “Şuşa”, “Turac” və “Gözün ayda olsun” kitabları haqqında bəhs edib, əsərlərin yaranma ideyası, mövzusu və qəhrəmanları barədə danışıb.

Şagirdlər əsərlərlə müəllifə suallar verib, öz təəssüratlarını bölüşüblər.

Tədbir çərçivəsində yazıçı kitablarının elektron versiyalarını, əsərləri əsasında hazırlanmış animasiyaları və interaktiv oyunları təqdim edib. Təqdimatlar şagirdlərin xüsusi marağına səbəb olub.

Qeyd edək ki, bu qəbildən görüşlərin keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, onların təfəkkürünün inkişaf etdirilməsi, ədəbiyyata, kitaba  marağın artırılmasıdır.