Fevralın 20-də Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanan tamaşanın premyerası olacaq.
Tamaşa sevgi, ailə dəyərləri və qadın taleyi haqqında düşüncələr aşılayır.
“Gəlinlik paltarı” sadəcə toy libası deyil... Bu paltar arzuların, saf hisslərin, qurulan xəyalların rəmzidir. Lakin həyat hər zaman xəyal etdiyimiz kimi olmur. Cəmiyyətin sərt qaydaları və taleyin gözlənilməz dönümləri qəhrəmanları çətin seçim qarşısında qoyur.
Tamaşada insanın xoşbəxtlik uğrunda mübarizəsi emosional səhnələrlə təqdim olunur. Bəzən geyinilməyən gəlinlik belə bütöv bir taleyin hekayəsini danışa bilər.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənli, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.
Nurəddin





















