Türk Mədəniyyəti və İrsi Fondu (katibliyi Bakıda yerləşir) ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum Türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi və muzeyşünaslıq sahələrində əməkdaşlığın inkişafını, həmçinin müvafiq layihələr çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqini nəzərdə tutur.

Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı imzalayıblar.