Fevralın 13-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) vəfatının 17-ci ildönümü tamam oldu. Bu münasibətlə Şəki şəhərində şairin adını daşıyan parkda ucaldılmış abidəsi ziyarət olunub.
Ziyarətdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Böyük şairin xatirəsi ehtiramla anılıb, abidə önünə gül dəstələri düzülüb. Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixindəki müstəsna rolu vurğulanıb.
Anım tədbiri Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyində davam etdirilib.





















