Tanınmış bəstəkar, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti Vüqar Camalzadənin iştirakı ilə 2-6 fevral tarixlərində Honq Konq (Çin Xalq Respublikasının xüsusi inzibati rayonu) Konservatoriyasında mühazirə və seminarlar təşkil olunub.
Ümumilikdə 100-dən çox tələbə və magistrantın, eləcə də müəllim heyətinin qatıldığı tədbirlərdə bəstəkarın “Azərbaycan milli intonasiyalarının simfonik və populyar musiqidə tətbiqi” mövzusunda mühazirələri dinlənilib.
O, Azərbaycanın peşəkar musiqi mədəniyyətindən danışıb və bəstəkarlarımızın əsərlərini təhlil edib. Həmçinin mövzuya dair videomaterial təqdim olunub.
Vüqar Camalzadə özünün simfonik və pop janrlarında əsərlərindən də söz açıb.






















