Fevralın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərovun iştirak ilə keçirilən müşavirədə Suraxanı, Masallı, Samux, İmişli, Ağstafa rayonları, həmçinin Şəki və Gəncə şəhərlərində yerləşən Heydər Əliyev mərkəzlərinin rəhbərləri hesabat məruzələrini təqdim ediblər.

Tədbirdə mərkəzlərin son bir ildəki fəaliyyətinə nəzər salınıb, səsləndirilən təkliflər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Müşavirənin sonunda iştirakçılar Milli İncəsənət Muzeyində daimi və müvəqqəti ekspozisiyaların təşkili təcrübəsi ilə tanış olublar.