Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə yanvarın 31-də “Gənclər Gününün işıqlı notları” adlı konsert proqramı təşkil edilib.
2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan konsert Azərbaycan Milli İncəsənət Muzeyində gerçəkləşib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə əlamətdar günün tarixi haqqında ətraflı məlumat verilib, ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından bəhs olunub.
Sonra məktəbin müəllimlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda məktəbin direktoru Raminə Ağayeva çıxış edərək Gənclər Günü münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
























