Albaniyanın ölkəmizdəki səfiri Besart Kadia yanvarın 28-də Azərbaycan Milli Kitabxanasında olub.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağa kitabxana haqqında məlumat verilib, həyata keçirilən layihələr haqqında danışıb.
Bildirilib ki, 5 milyon nüsxə fondu olan Milli Kitabxana dünyanın 90 ölkəsinin kitabxanaları ilə kitab mübadiləsi həyata keçirir, 54 ölkənin kitabxana ilə əməkdaşlığa dair memorandum imzalayıb. Albaniya Milli Kitabxanası ilə də 2022-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalandığı diqqətə çatdırılıb.
2025-ci ildə Albaniya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açıldığını vurğulayan direktor Milli Kitabxanada da belə bir bölmənin 2 il əvvəl yaradıldığını deyib.
Səfir Albaniya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin, eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində dəstəyini göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu və burada albaniyalı yazıçı və şairlərin səfirlik tərəfindən türk və Azərbaycan dilində nəşr olunmuş kitablarının təqdimatının keçirilməsinin vacibliyinə diqqət çəkib.
Görüşdə hər iki ölkənin kitabxana mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, kitabxanalarda mövcud olan kitablar və əlyazmaların qorunması, rəqəmsallaşdırılması və elmi dövriyyəyə cəlb edilməsi sahəsində əməkdaşlıq barədə də söhbət aparılıb.
Direktor qonaqlara ölkəmizlə bağlı kitablar hədiyyə edib.
Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olublar.























