Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən fevralın 13-ü saat 10:00-da Qax rayon Heydər Əliyev Mərkəzində qəbul keçiriləcək.
Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar 9 fevral tarixinədək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.



















