Yanvarın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək.

Təqdimat Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında olacaq.

Bu barədə filarmoniyadan məlumat verilib. 

Bildirilib ki, konsertdə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, istedadlı tarzən İbrahim Babayev və tələbələri iştirak edəcəklər. Musiqi axşamında həmçinin Pərviz Məmmədov (piano) və Vəfadar Ramiz (zərb alərləri) çıxış edəcəklər. Konsertmeyster Svetlana Əhmədovadır. 

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq rəqsləri və İbrahim Babayevin muğam improvizələri yer alacaq.