Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) “Sən ey uşaqlıq” adlı ssenari müsabiqəsi çərçivəsində silsilə treninqlər başlanıb.

AKİ-dən verilən məlumata görə, ilk təlimdə ssenarist və rejissor Nurlan Həsənli “Ssenaridə aktlar və keçidlər” mövzusunda danışıb.

O, ssenaridə akt strukturu və keçidlər haqqında ətraflı bəhs edib.

Sonda Nurlan Həsənli auditoriyanın suallarını cavablandırıb.