Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində konsert proqramı təqdim olunacaq.

Konsertdə orkestri bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurov idarə edəcək.

Proqramda Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin əsərləri səsləndiriləcək.

Orkestrin zəngin repertuarını əks etdirən əsərlərlə yanaşı yeni aranjimanlar da təqdim ediləcək.