Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilən 20 Yanvardan 36 il ötür. Ümumxalq Hüzn Günü kimi qeyd olunan bu tarix, ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da böyük ehtiramla anılıb.

Şəhər icra hakimiyyətinin, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə "Lənkəran şəhidləri" abidə kompleksini ziyarət ediblər. Abidə önünə və şəhid məzarları üzərinə tər güllər düzülüb.

Sonra rayon rəsmiləri,  ictimaiyyət nümayəndələri Lənkəran Dövlət Dram Teatrında “20 Yanvar – Azadlığa gedən yol” adlı ya tamaşa ediblər.

Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq rayonun mədəniyyət, təhsil, səhiyyə və digər sahələr üzrə qurumlarında anım tədbirləri, kitab və rəsm sərgiləri də təşkil olunub.