Görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin şeirlərinə bəstələnmiş mahnılardan ibarət yeni not nəşri işıq üzü görüb.
“Zərdabi-Nəşr” MMC-də işıq üzü görən “Vaqif Bayatlı Odərin poeziyası musiqidə” adlı kitabda Bəhram Nəsibov, Xanim İsmayılqızı, Fəxrəddin Salim, Türkər Qasımzadə kimi bəstəkarların şairin sözlərinə yazdıları əsərlərin notları yer alıb. Nəşrə daxil edilən şeirlər və ön söz ingilis dilində də təqdim olunur.
Layihənin rəhbəri şairin ömür-gün yoldaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Tamam Bayatlı, məsul redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri şair Fərid Hüseyndir. Musiqi nümunələrinin not qrafikası və kitabın tərtibatı Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Vəfa Bağırzadəyə məxsusdur.



















