Tarixdəki olaylar

 

16 yanvar 1732 – Səfəvi dövləti ilə Osmanlı imperatorluqları arasında Qafqaza nəzarət uğrunda növbəti müharibənin yekunu olaraq Kirmanşah sülh müqaviləsi bağlanıb. Azərbaycanın İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlı imperatorluğunun, Kirmanşah, Ərdəbil və Təbriz bölgələri isə Səfəvi dövlətinin nəzarətinə keçib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

16 yanvar 1749 – İtalyan şairi və dramaturqu Vittorio Alfieri (174 9 – 8.10.1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.

 

16 yanvar 1934 – SSRİ Xalq artisti, məşhur teatr və kino aktyoru Vasili Semyonoviç Lanovoy (1934  – 28.1.2021) anadan olub. Filmləri: “Pavel Korçagin”, “Baharın on yeddi anı”, “Qara kvadrat” və s.

 

16 yanvar 1944 – Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 – 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. Deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

 

16 yanvar 2024 – Arxeoloq, tarixçi, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Məmmədrza qızı Muradova (19.11.1934 – 2024) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan