AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə Buxara Dövlət Texniki Universitetinin (BDTU) təşkilatçılığı ilə keçirilən “Xarici dillərin tədrisi metodologiyasının inkişafında müasir tendensiyalar: yerli yanaşmalar və xarici təcrübəyə əsaslanan həllər” mövzusunda beynəlxalq onlayn qış məktəbi – seminar-treninqdə iştirak edib.

Bu barədə institutdan məlumat verilib.

A.Ağalarzadə konfransda “Azərbaycan-özbək mədəni əlaqələri: tarixə baxış” mövzusunda məruzəsini təqdim edib. Qeyd edib ki, son illərdə mədəni irs sahəsində elmi əlaqələrin nəticəsi kimi hər iki ölkənin alimləri Böyük İpək Yolu üzərində yerləşən ortaq tarixə malik xalqların maddi mədəniyyətini yenidən araşdırmalara cəlb etməyə çalışırlar. Bunun nəticəsi olaraq Orta əsrlər dövrü arxeoloji maddi mədəniyyət nümunələri müqayisəli təhlillər əsasında öyrənilib və çap olunub. 

BDTU-nun dosenti Nasiba İbodovanın moderatorluğu ilə keçirilən konfransa Türkiyə, Özbəkistan, Qazaxıstan, Monqolustan və digər ölkələrdən tədqiqatçılar qatılıb.