Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində "Klassik musiqi həvəskarları klubu"nun yeni ildə sənət görüşlərünə start verilib.

Yanvarın 13-də muzeydə “Yeni ilə yeni töhfələrlə” adlı konsert keçirilib.

Bu barədə Niyazinin mənzil-muzeyindən bildirilib.

Muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov qonaqları salamlayaraq musiqili görüşlərin əhəmiyyətindən danışıb.

Musiqişünas, vokalçı Sevinc İbrahimova və şagirdlərinin ifalarında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Konsert proqramında Sevinc İbrahimovanın bəstələri də maraqla qarşılanıb.