Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.
Teatrın mətbuat katibi Samirə Əşrəfin bildirdiyinə görə, tamaşanın məşqləri yekunlaşmaq üzrədir.
Yeni səhnə əsəri 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən və Maqsud İbrahimbəyovun yaradıcılıq irsinə həsr olunan "Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunacaq.
Premyera 30 yanvar tarixinə nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizayneri Konstantin Soldatov, Platon Soldatov, rejissoru Şövqi Hüseynovdur.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Natiq Fərzəliyev, Ceyhun Məmmədov, Səbinə Məmmədzadə, Nurlan Süleymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova iştirak edirlər.























