Fevralın 12-də saat 20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının konsert salonunda görkəmli bəstəkar, qəlboxşayan nəğmələr müəllifi, Xalq artisti Elza İbrahimovanın (1938-2012) mahnılarından ibarət gecə keçiriləcək.

Konsert proqramında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının müşaiyəti ilə Azərbaycanın tanınmış incəsənət nümayəndələri çıxış edəcəklər.

Unudulmaz bəstəkarın könül nəğmələrindən zövq alacağınız konsertin biletlərini şəhərin kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə edə biləsiniz.