Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə aprelin 7-də Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək.

BSU-dan bildirilib ki, konfrans 1926-cı ildə Bakıda gerçəkləşən 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunub.

Konfransın əsas məqsədi türkologiya elminin tarixi inkişaf mərhələlərinin və müasir istiqamətlərinin elmi müstəvidə müzakirə olunduğu, türk dilləri, türk xalqlarının ədəbiyyatı, tarixi, etnoqrafiyası və mədəni özünəməxsusluğu ilə bağlı aktual problemlərin araşdırıldığı beynəlxalq elmi platforma yaratmaqdır.

Tədbir türkologiyanın aktual məsələləri ətrafında elmi dialoqun qurulmasını, türk xalqları arasında akademik əməkdaşlığın gücləndirilməsini, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsini və türk dillərinin müasir problemləri ilə inkişaf perspektivlərinin elmi əsaslarla dəyərləndirilməsini hədəfləyir.

Beynəlxalq konfransın tərəfdaşları sırasında Türkiyə, Polşa, Ukrayna və digər ölkələrin universitetləri var.

Ətraflı məlumatı BSU-nun saytında əldə etmək olar.