Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yeni quruluşda neon üslublu interaktiv müzikl tamaşaçıların ixtiyarına verilib. Dünya ədəbiyyatının məşhur əsərlərindən olan “Alisa möcüzələr diyarında” (Luis Kerrol; 1832–1898) bu dəfə müasir səhnə texnologiyaları, neon işıq həlli, musiqi, rəqs və teatr elementlərinin sintezində səhnələşdirilib.

Bu barədə Dövlət Mahnı Teatrından məlumat verilib.

Dekabrın 29-da göstərilən tamaşada neon işıq effektləri və vizual həll səhnə atmosferinin əsas ifadə vasitələrindən biri kimi istifadə olunub. İnteraktiv elementlər vasitəsilə səhnə ilə tamaşaçı arasında canlı ünsiyyət yaradılıb, tamaşaçılar hadisələrin gedişinə vizual və emosional baxımdan cəlb olunublar.

Rəngarəng səhnə tərtibatı, canlı ifalar və xoreoqrafik nömrələr tamaşaya xüsusi dinamika qatıb.

Rollarda:

Alisa – Ayan Kamran

Alisanın bacısı – Emilya Ağakişiyeva

Tutuquşu – Ramiz Qəmbərov

Şapkaçı – Qəzənfər Musabəyov

Dovşan – Ayla Rüstəm

Kraliça – Xədicə Məhərrəmova

Kart əsgərləri – Orxan Abışov, Cavid Cavadzadə

Pərilər – İlahə Əlizadə, Səbinə Rəcəbli

 

Yaradıcı heyət:

Layihə rəhbəri – Ülviyyə Bəbirli

Quruluşçu rejissor – Təhminə Hümbətova

Bəstəkar – Əli Cəfərzadə

Tamaşada səslənən “Yuxu” və “Rənglər” mahnılarının müəllifləri – Ülviyyə Bəbirli və Bəbir Bəbirli

Rəssamlar – Elmira Fariz, Rəvan Kərimi

Modelyer-rəssam – Dilarə Məmmədova