2025-ci ildə Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 4995 yerli və xarici turist gəlib. Onlardan 3463 nəfər yerli, 1532 nəfər xarici ölkə vətəndaşları olub. Əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 200 nəfər artıb.
Qoruğun direktoru Zahir Kərimovun sözlərinə görə, əcnəbi turistlər arasında Polşa, Rusiya, Ukrayna, İtaliya, İspaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan və digər ölkələrdən gələnlər üstünlük təşkil edib.
Qoruğu ziyarət edənlərə ərazidə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan arxeoloji qazıntılar, o cümlədən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və dəstəyi ilə ərazidə görülən işlər, həmçinin Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib.
Turistlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib.
























