Tarixdəki olaylar

 

3 yanvar 1681 – Çar Rusiyası və Osmanlı imperiyası (Krım xanlığı da Osmanlı tərəfində olmaqla) arasında müharibənin (1672–1681) yekunlarına dair Baxçasaray sülhü imzalanıb. Müqaviləyə görə, tərəflər arasında sərhəd Dnepr çayı boyunca müəyyənləşib. Rusiya Krımı ələ keçirməyə müvəffəq olmayıb. Krım bir əsr sonra (1873) Rusiyaya birləşdirildi.

 

3 yanvar 1804 – Gəncə xanı Cavad xan oğlu ilə birlikdə rus generalı Pavel Sisianovun qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub. Bu döyüşdən sonra ruslar Gəncəni ələ keçiriblər. Cavad Şahverdi xan oğlu Ziyadoğlu-Qacar 19 il Gəncənin xanı olub və Azərbaycan tarixində cəsur sərkərdə, vətənpərvər dövlət adamı kimi qalıb. Çar Rusiyasının Gəncə xanlığını işğal etməsi ilə Azərbaycanın digər xanlıqlarının işğalına da yol açıldı.

 

3 yanvar 1990 – SSRİ rəhbərliyinin qərarı ilə Sovet Ordusunun hissələri “erməni əhalisinin müdafiəsi məqsədilə” Azərbaycan ərazisinə yeridilməyə başlanıb. Bu, 20 Yanvar qırğınına hazırlıq idi.

 

3 yanvar 2004 – Bakıda Azərbaycan Respublikasının Nazirlər Kabineti və ABŞ-nin Müdafiə Nazirliyi arasında “Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

3 yanvar 1892 — İngilis yazıçısı, şair, dilçi və ədəbiyyatşünas Con Ronald Tolkin (John Ronald Reuel Tolkien; 1892 – 2.9.1973) anadan olub. “Üzüklərin hökmdarı” trilogiyasının müəllifdir. Fentezi janrında ədəbiyyatın banilərindəndir.

 

3 yanvar 1907 – Xalq artisti, pianoçu Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dərs deyib, konservatoriyanın nəzdində Orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına musiqi məktəbi) direktoru olub.

 

3 yanvar 1929 — İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929 – 30.4.1989) anadan olub. Spaqetti-vestern janrının yaradıcısı sayılır. Filmləri: “Bir dəfə vəhşi Qərbdə”, “Bir dəfə Amerikada”, “Yaxşı, pis, bədnam” və s.

 

3 yanvar 1944 – Əməkdar rəssam Arif Qəndi oğlu İsmayılov (1944 – 9.10.2014) anadan olub.

Hazırladı: Vüqar Orxan