Tarixə qovuşan 2025-ci ildə Azərbaycanın mədəniyyət, ədəbiyyat, elm, mətbuat sahələrində, eləcə də dünya mədəniyyətində çoxlu itkilər oldu. Ömür yolu ilə ötən ildə qalanların bir qismini yada salaq...

 

Azərbaycan

 

5 yanvar – Aktyor Azər Baxşəliyev (3.7.1985 – 2025).

15 yanvar – Aktrisa, müğənni Çimnaz Mütəllim qızı Sultanova (15.1.1980 – 2025).

20 yanvar – Əməkdar artist, Sumqayıt teatrının aktyoru Mövsüm Turbəndə oğlu Hüseynov (13.6.1958 – 2025).

 

4 fevral – Filologiya elmləri doktoru, AMEA Əlyazmalar İnstitutunun baş elmi işçisi Nəzakət Fətəli qızı Məmmədli (25.12.1971 – 2025).

15 fevral – Əməkdar jurnalist, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi icmaçı Yasin Alı oğlu Qaraməmmədli (1.12.1938 – 2025).

22 fevral – Əməkdar incəsənət xadimi, teatrşünas, pedaqoq Rafiq Kərim oğlu Sadıqov (4.7.1948 – 2025).

24 fevral – Əməkdar elm xadimi, filologiya elmləri doktoru Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə; 30.12.1954 – 2025).

23 fevral – Kino xadimi, film direktoru Aydın Bağır oğlu İmrani (25.5.1948 – 2025).

28 fevral – Fəlsəfə elmləri doktoru, mədəniyyətşünas, yazıçı-publisist Niyazi Musa oğlu Mehdi (26.2.1951 – 2025).

 

12 mart – Xalq artisti, balet ustası, pedaqoq Tamilla Xudadat qızı Şirəliyeva (8.12.1946 – 2025).

16 mart – Xalq artisti, kinoaktyor, rejissor Ənvər Cəfər oğlu Həsənov (17.8.1950 – 2025).

16 mart – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Alxan oğlu Əliyev (1.7.1948 – 2025)

17 mart – Rəssam Nağdəli Xəlil oğlu Xəlilov (1.6.1946 – 2025).

21 mart – Əməkdar mədəniyyət işçisi, folklorşünas-alim Elxan Hüseynqulu oğlu Məmmədli (1.1.1946 – 2025).

 

2 aprel – Əməkdar jurnalist, yazıçı-tərcüməçi Valeh Cəbrayıl oğlu Məhərrəmli (15.2.1952 – 2025).

22 aprel – Tanınmış jurnalist, şair Pənah Rüstəm (1956 – 2025).

28 aprel – Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev (24.10.1959 – 2025).

 

25 may – Əməkdar mədəniyyət işçisi, fotoqraf, operator Babək Barat oğlu Quliyev (20.8.1955 – 2025).

 

4 iyun – Əməkdar jurnalist İlyas Xıdır oğlu Adıgözəlov (15.10.1938 – 2025).

7 iyun – Əməkdar mədəniyyət işçisi, uzun illər Şəki şəhər Mədəniyyət Evinin direktoru olmuş Vaqif Əhməd oğlu Kərimov (8.12.1940 – 2025).

19 iyun – Şair, publisist Ramiz Duyğun (Ramiz Məmməd oğlu Məlikov; 10.2.1938 – 2025).

21 iyun – Jurnalist, yazıçı, teatrşünas Ağaddin Abdulla oğlu Babayev (15.3.1956 – 2025).

28 iyun – Əməkdar rəssam, mozaika ustası, pedaqoq Rəhim Əliağa oğlu Məmmədov (2.11.1928 – 2025).

 

7 iyul – Şair, Vətən müharibəsi qazisi Həsən Kür (1996 – 2025).

9 iyul –  Fəlsəfə elmləri doktoru, publisist, kulturoloq Rəhman Ağahüseyn oğlu Bədəlov (28.5.1937 – 2025).

16 iyul – Əməkdar incəsənət xadimi, fleyta ifaçısı Telman Muxtar oğlu Hacıyev (31.1.1937 – 2025).

16 iyul – Tarixçi alim, jurnalist, publisist Sabir Gəncəli (Sabir Süleyman oğlu Məmmədov; 26.7.1932 – 2025).

 

1 avqust – Xalq artisti, ustad xanəndə Arif İmran oğlu Babayev (20.2.1938 – 2025).

2 avqust – Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Camal qızı Babayeva (25.5.1963 – 2025).

3 avqust – Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas alim Elçin İlyas oğlu Əfəndiyev (13.5.1943 – 2025).

6 avqust – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Zeynal qızı Tağızadə (5.2.1934 – 2025).

13 avqust – Şair Kəramət Rza oğlu Şükürov (1.12.1957 – 2025).

14 avqust – Yazıçı, telejurnalist Vüqar İsa oğlu Tapdıqlı (10.7.1962 – 2025).

16 avqust – Görkəmli yazıçı, tərcüməçi, şair Vidadi Yusif oğlu Babanlı (5.1.1927 – 2025).

19 avqust – Tanınmış şair, tərcüməçi, yazıçı Məmməd Mürşüd oğlu İsmayıl (1.11.1939 – 2025).

20 avqust – Tanınmış jurnalist, şair Arif Əbdüloğlu (İsmayılov; 1939 – 2025).

23 avqust – Əməkdar incəsənət xadimi, kinooperator Zaur Xasay oğlu Məhərrəmov (28.1.1938 – 2025).

 

8 sentyabr – Xalq rəssamı Nazim Zöhrab oğlu Bəykişiyev (29.6.1948 – 2025).

13 sentyabr – Xalq artisti, teatr və kino aktyoru Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18.7.1939 – 2025).

14 sentyabr – Tanınmış jurnalist, politoloq Rasim Hüseyn oğlu Ağayev (18.3.1940 – 2025).

20 sentyabr – Yazıçı-jurnalist, hərb tariximizin tədqiqatçısı Şəmistan Əmiraslan oğlu Nəzirli (12.8.1942 – 2025).

28 sentyabr – Şərqşünas, farsdilli əlyazmalar üzrə mütəxəssis, tərcüməçi Arif Feyzulla Xəlil oğlu Ramazanov (23.10.1945 – 2025).

29 sentyabr – Əməkdar artist Cabir Qorxmaz oğlu İmanov (22.6.1976 – 2025).

 

9 oktyabr – Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı (24.9.1936 – 2025).

13 oktyabr – Şair, publisist Əlisəmid Kür (Cəfərli; 8.2.1954 – 2025).

15 oktyabr – Xalq artisti, ustad tarzən Ramiz Əyyub oğlu Quliyev (30.4.1947 – 2025).

16 oktyabr – Əməkdar artist Rəşad Bəhram oğlu Bəxtiyarov (25.12.1978 – 2025).

21 oktyabr – Əməkdar mədəniyyət işçisi, tarzən Fərhad Paşayev (1942 – 2025).

22 oktyabr – Tarixçi və ilahiyyatçı alim Fazil Qaraoğlu (İsmayılov; 1947 – 2022).

25 oktyabr – Əməkdar artist, tanınmış xoreoqraf Mais Şükür oğlu Nuriyev (17.6.1957 – 2025).

 

6 noyabr – Əməkdar artist Vahid Əsgər oğlu Əliyev (7.2.1952 – 2025).

13 noyabr – Tanınmış jurnalist, "Euronews" telekanalının müxbiri Emin İbrahimov (1977 – 2025).

15 noyabr – Əməkdar artist, uzun illər Mingəçevir teatrında çalışmış Akif Əhməd oğlu Mirabov (1947 – 2025).

18 noyabr – Əməkdar artist, Şuşa teatrının direktoru Yadigar Məmməd oğlu Muradov (18.12.2025 – 2025).

19 noyabr – Xalq artisti, rəqqasə, baletmeyster Roza İsmayıl qızı Cəlilova (17.5.1929 – 2025).

21 noyabr – Modelyer-dizayner, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli (1977 – 2025).

22 noyabr – Qəzəlxan-şair, tərcüməçi Arif Buzovnalı (Arif Rauf oğlu Əliyev; 6.9.1972 – 2025).

 

17 dekabr – Bədii qiraətçi, dublyaj aktyoru, Əməkdar müəllim Nadir Qəribağa oğlu Hüseynov (25.4.1952 – 2025).

19 dekabr – Meyxana ustası Ağakərim (Kərim Novruzov; 1.5.1964 – 2025).

 

Dünya

 

2 yanvar – Türkiyəli müğənni, aktyor, bəstəkar, yazıçı Ferdi Tayfur (15.11.1945 – 2025).

16 yanvar – Amerika kinorejissoru, “Oskar” mükafatçısı Devid Linç (David Keith Lynch; 20.1.1946 – 2025).

20 yanvar – Fransız kinorejiossoru, ssenarist Bertran Blie (Bertrand Blier; 14.3.1939 – 2025).

 

9 fevral – Rus aktyoru, SSRİ Xalq artisti Oleq Aleksandroviç Strijenov (10.8.1929 – 2025).

14 fevral – Fransız aktrisası Jeneviev Paj (Geneviève Page; 13.12.1927 – 2025).

18 fevral – Amerikalı aktyor, “Oskar” mükafatçısı Yucin Hekmen (Eugene Allen Hackman; 30.1.1930 – 2025).

 

20 mart – Türk rejissoru və ssenaristi, məşhur teleserialların quruluş müəllifi Osman Sınav (1956 – 2025).

21 mart – Türkiyəli aktrisa, yazar Filiz Akın Köksal (2.1.1943 – 2025).

29 mart – Amerikalı aktyor, üç dəfə “Qızıl qlobus” mükafatçısı Riçard Çemberlen (31.3.1934 – 2025).

31 mart – Türk xalq musiqisi sənətçisi, müğənni və bəstəkar Volkan Konak (27.2.1967 – 2025).

 

6 aprel – Türk aktyoru, rejissor, yazar və tərcüməçi Ahmet Levendoğlu (1945–2025).

13 aprel – Peru yazıçısı, dramaturq, publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa (28.3.1936 – 2025).

22 aprel – Gürcü heykəltaraşı, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli (4.1.1934 – 2025)

 

19 may – Məşhur rusiyalı xoreoqraf, baletmeyster, SSRİ Xalq artisti Yuri Nikolayeviç Qriqoroviç (2.1.1927 – 2025).

26 may – Türkiyəli bəstəkar, müğənni, aktyor İlhan Şeşen (18.6.1948 – 2025).

 

22 iyul – Dünyaca məşhur ingilis rok müğənnisi Ozzi Osborn (John Michael "Ozzy" Osbourne; 3.12.1948 – 2025).

 

4 avqust – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Eldar Nikolayeviç Şengelaya (26.1.1933 – 2025).

22 avqust – Belarusun Xalq artisti, Rusiyanın Əməkdar artisti, estrada müğənnisi Yaroslav Yevdokimov (22.11.1946 – 2025).

29 avqust – Rus bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Rodion Konstantinoviç Şedrin (16.12.1932 – 2025).

 

23 sentyabr – İtalyan aktrisası Klaudia Kardinale (Claudia Josephine Rose Cardinale; 15.4.1938 – 2025).

28 sentyabr – Türkiyəli (Azərbaycan əsilli) şair, yazıçı-publisist Yavuz Bülənd Bakilər (23.4.1936 – 2025)

 

11 oktyabr – Amerikalı aktrisa, “Oskar” mükafatçısı Dayan Kiton (Diane Keaton; 5.1.1946 – 2025).

 

23 noyabr – Dünyaca məşhur alman kinoaktyoru Udo Kir (Kierspe; 14.10.1944 – 2025).

24 noyabr – Hindistanın məşhur kinoaktyoru Dharmendra (Dharam Singh Deol; 8.12.1935 – 2025).

 

22 dekabr – Britaniyalı müğənni, bəstəkar və gitaraçı Kris Ri (Christopher Anton Rea; 4.3.1951 – 2025).

25 dekabr – Rusiyanın Xalq artisti, teatr və kino aktrisası Vera Valentinovna Alentova (21.2.1942 – 2025).

28 dekabr – Fransız kinoaktrisası, müğənni, yazar Bricit Bardo (Brigitte Anne-Marie Bardot; 28.9.1934 – 2025).

Xatırladı: Vüqar Orxan