Milli Kitabxana “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı virtual və ənənəvi kitab sərgi istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, sərgilərdə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq və milli həmrəylik məfkurəsi”, “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi”, “Azərbaycançılıq – milli ideologiyamızın əsası, vətənpərvərlik məfkurəsi, milli dövlətçilik məfkurəsi”, “Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti tarixi”, “Mənəvi dəyərlərin təbliği” və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, fotolar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgiyə kitabxananın saytında müvafiq linkdə baxmaq olar.