AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Ankarada İLESAM-ın (Elmi və Ədəbi Əsər Müəllifləri Birliyi) təşkilatçılığı ilə keçirilən “Türk dünyası elm və ədəbiyyat simpoziumu”nda iştirak edib.

İnstitutdan bildirilib ki, Mehman Həsənli simpoziumun panelində məruzə edib. Məruzədə Türk dünyasının tarixi və müasir əsaslarının formalaşmasında ədəbiyyat faktorunun önəmindən bəhs edilib.

Dekabrın 24-25-də Türkiyə Milli Kitabxanasında keçirilən simpoziuma Türkiyənin ayrı-ayrı qurumları və universitetlərindən, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova (Qaqauz Yeri), Bosniya və Herseqovinadan alim və mütəxəssislər qatılıb.