Ağstafada şəhid və qazi övladları, fiziki məhdudiyyətli və aztəminatlı ailələrdən olan uşaqlar üçün Yeni il şənlikləri təşkil edilib. Bayram tədbirləri İcra Hakimiyyəti və həmkarlar təşkilatları tərəfindən keçirilib.
Ağstafa şəhərindəki ictimai-mədəni istirahət məkanlardan birində şəhid övladları ilə görüş keçirilib.
Rayonun icra başçısı Seymur Orucov şəhidlərin ailə üzvlərini, qazilərimizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, şəhid və lərimizin qəhrəmanlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu müqəddəs yolda şəhadətə qovuşanların Vətən sevgisi, xalqımıza bəxş etdikləri iftixar hissi əbədi olaraq qəlblərdə alovlanacaq. Torpaqlarımızı azad edərkən şəhid olan igidlərimizin bizə əmanət etdikləri övladları və hər bir ailə üzvü dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub.
Sonra Şaxta baba uşaqlara bayram hədiyyələri verib.
Daha sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində Bakı Bələdiyyə Teatrı tərəfindən uşaqlar üçün Yeni il şənliyi təqdim olunub. Şaxta baba, Qar qız və uşaqların sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram nümayiş etdirilib.






















