Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.
Dövlətimizin başçısının 64 yaşı tamam olur. Bu münasibətlə müxtəlif ölkələrdən Azərbaycan Prezidentinə təbrik məktubları gəlir.
Təbrik məktublarında bu əlamətdar günlə bağlı Azərbaycan Respublikasının Prezidentinə ən xoş arzular ifadə olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Prezident İlham Əliyevin doğum günü münasibətilə sosial media hesablarında paylaşım edib.
Paylaşımda deyilir: “Ləyaqət, saf niyyət və xeyirxah ürək — Uca Tanrının sözsüz eşitdiyi ali dualardır.
Uca Allah Sizi və xalqımızı qorusun!”.



















