Tarixdəki olaylar

 

23 dekabr 1947 – SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib. Köçməyə məcbur edilən ailələrə cəmi 2 ton yük götürməyə icazə verilirdi. Azərbaycanın rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948-ci il) verildi. 1948–1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Sonradan onların bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı.

 

23 dekabr 1991 – İsveçrə Konfederasiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də quruldu.

 

23 dekabr 2005 – Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Xəzər sahilində yerə düşüb. Təyyarədə olan 23 nəfər (18 sərnişin, 5 ekipaj üzvü) həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları idi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

23 dekabr 1858 – Görkəmli rus rejissoru, dramaturq, Moskva Bədaye Teatrının qurucularından Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858 – 25.4.1943) anadan olub.

 

23 dekabr 1911 – Şərqşünas, tərcüməçi, Əməkdar elm xadimi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911 – 9.4.1994) anadan olub.

 

23 dekabr 1913 – Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 – 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan, Akademik Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.

 

23 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 30.3.1993) anadan olub.

 

23 dekabr 1927 – Əməkdar mədəniyyət işçisi Nəcəf Abbas oğlu Həsənzadə (1927 – 30.4.2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında aktyor və rejissor assistenti kimi fəaliyyət göstərib, filmlərə çəkilib.

 

23 dekabr 1931 – SSRİ Xalq artisti Lev Konstantinoviç Durov (1931 – 20.8.2015) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” (San Sanıç) filmində çəkilib.

 

23 dekabr 1945 – Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 – 20.8.2010) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyoru olub.

 

23 dekabr 1945 – Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Rəşid oğlu Babayev (1945 – 10.11.2023) Gəncədə doğulub. Televiziya tamaşalarına, filmlərə musiqi yazıb.

 

23 dekabr 1946 – Xalq artisti, balerina, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva (1946 – 23.12.2019) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub, teatrda baletmeyster kimi fəaliyyət göstərib.

 

23 dekabr 1986 – Əməkdar artist Qurban Baxşəli oğlu Mirzəyev (1920–1986) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

 

23 dekabr 2022 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Oruc İzzət oğlu Qurbanov (24.7.1949 – 2022) vəfat edib. Müxtəlif teatrlarda çalışıb, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub.

 

23 dekabr 2023 – Əməkdar mədəniyyət işçisi Gülçöhrə Məmməd qızı Şəfiyeva (17.3.1949 – 2023) Bakıda anadan olub. Heydər Əliyev Sarayının baş rejissoru işləyib.

Hazırladı: Vüqar Orxan