Dekabrın 12-də Ağstafa Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dərnək şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib.
Qalereyanın əməkdaşı Gülnarə Eyyubova Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında söz açıb, Azərbaycan tarixində müstəsna xidmətlərindən bəhs edib.
Qeyd edilib ki, bu gün müstəqil Azərbaycan dövlətinin uğurlarının təməlində Heydər Əliyev ideyaları dayanır.
Sonra dərnək şagirdlərinin əl işlərinə baxış keçirilib.





















