Özbəkistanın paytaxtı Daşkənddə 14-17 dekabr tarixlərində keçiriən “Canlı tarix” Beynəlxalq Kinoforumunda ölkəmiz də təmsil olunub.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Forum çərçivəsində türk dövlətləri arasında beynəlxalq əməkdaşlıq və müştərək film layihələri müzakirə olunub.

Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında memorandum imzalanıb. Niyyət sənədi Azərbaycan və Özbəkistanın görkəmli oğlu, böyük alim, pedaqoq Maqsud Şeyxzadə (1908–1967) haqqında bədii filmin çəkilməsini nəzərdə tutur.

“Maqsud Şeyxzadə” filminin birgə istehsalı ilə bağlı memorandumu Özbəkistan tərəfdən bu ölkənin Kino Agentliyinin direktoru Şöhrat Rizayev, Azərbaycan tərəfdən “Nova Gorica” kino mərkəzinin direktoru, AKİ-nin katibi, rejissor Tahir Tahiroviç (Əliyev) imzalayıblar.