Dekabrın 13-də Heydər Əliyev Sarayında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığını, milli ruhu və vətənpərvərlik ideyalarını əks etdirən tədbirdə Xalq artisti Mehriban Zəki, Əməkdar artist Elşən Rüstəmov, qiraət ustaları Sabirə Abdullayeva və Xəzər Süleymanlı şairin poeziyasından parçalar söyləyiblər.
Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
Yubiley axşamı Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi haqqında Prezident İlham Əliyevin Sərəncamının icrasına dair tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə gerçəkləşib.























