Şamaxı Mədəniyyət Mərkəzində (Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi) müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Öncə Şamaxı rayon rəhbərliyi, müəssisə və təşkilatların məsul şəxsləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev adına parkda Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Anım tədbirində Ümummilli liderin həyatı və fəaliyyəti barədə “Geosiyasi kod” adlı film nümayiş etdirilib.

Çıxış edənlər Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında, xalqımızın əmin-amanlığının təmin edilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz xidmətlərindən geniş söhbət açıblar. 

Ulu öndərin bizə bəxş etdiyi güclü Azərbaycan Respublikasının bu gün onun ideyalarının davamçısı Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da gücləndiyi, güclü dövlətə çevrildiyi vurğulanıb.