Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Yeni İl bayramı münasibətilə uşaqları onların sevimli əsəri – fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə”si ilə yenidən səhnədə görüşdürəcək.
Teatrdan verilən məlumata görə, “Balaca şahzadə”nin premyerası 2019-cu il fevralın 28-də olub. Axırıncı dəfə həmin il iyunun 1-də, Uşaqların Beynəlxalq Müdafiəsi Günü oynanılıb. Nəhayət, uzun müəyyən fasilədən sonra tamaşa bərpa olunub.
Yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayevdir.
Yenilənən oyunçu heyəti ilə göstəriləcək səhnə əsərinə iki personaj – Yeni İl bayramının rəmzləri olan Şaxta baba və Qar qız da daxil olub.
Tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.
Əsərin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Əyləncə və macəra dolu tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.
“Balaca şahzadə” Akademik Musiqili Teatrın səhnəsində 29 dekabr – 4 yanvar tarixlərində hər gün 4 seans olmaqla nümayiş olunacaq: 10:30, 12:30, 14:30, 16:30.
Tamaşanın iştirakçı heyəti:
Balaca şahzadə – Elcan Kəlbiyev, Səid Kəlbiyev (Şəhid gizir Telman Kəlbiyevin övladları);
Pilot – Əmrah Dadaşov, Nicat Əli, Sübhan Rüstəmov;
Qızılgül – Adelin Öztürk, Nəzrin İsmayılzadə, Ayan Qurbanova, Nuray Məmmədzadə;
Kral – Əməkdar artistlər Ələkbər Əliyev və İqrar Salamov, aktyor Faiq Mirzəyev;
Şoumen – Sübhan Rüstəmov, Murad Əliyev, Kamran Həsənov;
Komersant – Emin Zeynallı, Əli Kərimov, Orxan Hüseynli;
Tülkü – Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov;
Qar qız – İlahə Rüstəmova, Firuzə Cəfərova;
Şaxta baba – Fərid Rzayev, Elçin İmanov.





















