Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub. 

Şəki Şəhər İcra Hakimiyyəti və YAP yerli təşkilatı ilə birgə keçirilən tədbirdə rəsmilər, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxışlarında Ulu öndərin xalq və dövlətçilik qarşısında tarixi xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, Heydər Əliyevin zəngin irsi xalqımızın milli sərvəti, müstəqil Azərbaycan isə onun indiki və gələcək nəsillərə əmanətidir. 

Tədbirdə Ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən “İz” sənədli filmi nümayiş etdirilib.