Dekabrın 9-da Bakı Konqres Mərkəzində "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" çərçivəsində "Kinobox" onlayn yayım platformasının təqdimat mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, "Kinobox" Azərbaycan və region ölkələrinin film istehsalçılarını, rejissorlarını və tamaşaçılarını birləşdirən yeni nəsil rəqəmsal yayım platformasıdır.

Platforma yerli və beynəlxalq filmlərin onlayn nümayişi, müstəqil kino üçün rəqəmsal platforma imkanı və mədəni müxtəlifliyin təşviqini hədəfləyir. "KinoBox"un missiyası və vizyonu yerli film ekosistemini gücləndirmək və region filmlərini beynəlxalq tamaşaçıya çatdırmaqdır. "KinoBox" yeni gəlir modelləri, birbaşa yayımlar və beynəlxalq görünürlük təqdim edir.

Qeyd edilib ki, platformada filmləri reklamsız izləmə, hibrid abunəlik sistemi və üç növdə abunəlik modeli mövcuddur.