Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə bu il ölkəmizdə ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalının final mərhələsinin nəticələri açıqlanıb.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri “Uşaq İncəsənət Festivalı – 2025”də uğurla iştirak ediblər.
Bu barədə regional idarə məlumat yayıb.
Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbindən İlham Rəcəbov 6-9 yaş qrupunda “Azərbaycan xalq çalğı zərb alətləri” nominasiyası üzrə peşəkar kateqoriyasında l, Hüsniyyə Hacıyeva 14-17 yaş qrupunda “Estrada oxuma” nominasiyası üzrə həvəskar kateqoriyasında II, "Buta" xor kollektivi isə 6-9 yaş qrupunda xor nominasiyası üzrə l yerə layiq görülüb.
Balakən Uşaq Incəsənət məktəbindən Səfiyyə Mehdiyava 14-17 yaş qrupunda “Heykəltəraşlıq” nominasiyası üzrə peşəkar kateqoriyasında l, Məhəmməd Əmiraslanov 10-13 yaş qrupunda “Heykəltəraşlıq” nominasiyası üzrə peşəkar kateqoriyasında III yeri tutub.
Həmçinin Qəbələ rayon Uşaq İncəsənət məktəbindən Ramal Əzizov 6-9 yaş qrupunda “Aşıq sənəti” nominasiyası üzrə həvəskar kateqoriyasında l, Zaqatala rayon Uşaq İncəsənət məktəbindən Arif Qarəhmədli 10-13 yaş qrupunda “Akademik vokal” nominasiyası üzrə peşəkar kateqoriyasında l, Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbindən Elnur Xəlilov “Azərbaycan xalq çalğı simli alətləri” nominasiyası üzrə l, Elnur Pirməmmədli isə 14-17 yaş qrupunda “Fortepiano” nominasiyası üzrə III yerə layiq görülüb.
Bundan əlavə, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbindən "Qaranquşlar" xor kollektivi 10-13 yaş qrupunda “Xor” nominasiyası üzrə II, "Gənc cazmenlər" kollektivi 14-17 yaş qrupunda “Caz ifaçılığı” nominasiyası üzrə II, Turan qəsəbə Uşaq Musiqi məktəbindən Həqiqət Əliyeva 14-17 yaş qrupunda “Aşıq sənəti” nominasiyası üzrə həvəskar kateqoriyasında l, Qax rayon Uşaq Musiqi məktəbindən Bəxtiyar Həsilov 10-13 yaş qrupunda “Heykəltəraşlıq” nominasiyası üzrə peşəkar kateqoriyasında II, "Liquid" rəqs kollektivi 10-13 yaş qrupunda “Müasir rəqs” nominasiyası üzrə II, Uşaq İncəsənət məktəbindən Aydan Xəlilli isə 6-9 yaş qrupunda “Müasir rəqs” nominasiyası üzrə peşəkar kateqoriyasında II yeri tutub.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi əldə edilən uğurlara görə məktəblərin şagird və müəllimlərini, həmçinin şagirdlərin valideynlərini təbrik edir, uğurlarının davamlı olmasını diləyir.



















