Tarixdəki olaylar
9 dekabr 1914 – Birinci Dünya müharibəsi gedişində Rusiya və Osmanlı qoşunları arasında ilk irimiqyaslı toqquşma – Sarıqamış döyüşü başlanıb. 5 yanvar 1915-ci ilədək davam edən döyüşdə türk qoşunlarının məğlubiyyəti rus qoşunlarının həmin il ölkənin şimal-şərq bölgələrini işğal etməsinə imkan yaratdı.
9 dekabr 1991 – İslam Əməkdaşlıq Təşkilatının (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanır) Seneqalın paytaxtı Dakarda keçirilən sammitində Azərbaycan Respublikası üzvlüyə qəbul edilib. Bu, müstəqil Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat idi. 1969-cu ildə yaradılan təşkilatın mənzil-qərargahı Mərakeşin paytaxtı Rabatda yerləşir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
9 dekabr 1048 – Türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973–1048) vəfat edib.
9 dekabr 1717 – Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann; 1717 – 8.6.1768) anadan olub.
9 dekabr 1918 – Yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Cəlal Cabbar oğlu Məmmədov (1918 – 4.2.1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib. Rus ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr edib.
9 dekabr 1963 – Rejissor, Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov (30.9.1920 – 1963) dünyasını dəyişib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib.
9 dekabr 1973 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (22.3.1914 – 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib, filmlərdə yaddaqalan obrazlar yaradıb.
Hazırladı: Vüqar Orxan






















